İtaliyanın UniCredit Qrupu Rusiyadakı biznesini ləğv etməyə başlayıb
İtaliyanın UniCredit Qrupu Rusiyadakı iştirakını azaltmağa yönəlik addımlar atmağa başlayıb. Məlum olub ki, UniCredit Leasing şirkətinin demək olar ki, bütün uzunmüddətli portfeli (3 milyard rubl dəyərində müqavilələr) Rusiyanın PR-Leasing şirkətinə satılıb. Eyni zamanda, İdarə Heyətinin sədri də daxil olmaqla, əsas rəhbərlər UniCredit Leasing-dən ayrılır.
Crossmedia.az "Kommersant"-a istinadən xəbər verir. Mənbələr bildirir ki, avropalı səhmdar qrupu Rusiyadakı iştirakını azaltmaqla digər italyan bankı Intesa-nın strategiyasını izləyir. Mütəxəssislər bu addımın UniCredit-in Rusiyadakı satışdan yaranan maliyyə itkilərini minimuma endirə biləcəyini qeyd edirlər.
Türkan Kərimli
19:26 09.12.2025
Oxunuş sayı: 1478