ABŞ Zelenskiyə sülh planı üzrə təzyiq göstərir
ABŞ administrasiyası prezident Zelenskiyə sülh planının şərtlərini qəbul etməsi üçün təzyiq göstərir. Mənbələr bildirir ki, Tramp administrasiyası Ukrayna liderini tez hərəkət etməyə məcbur edir, avropalılar isə ona ehtiyatlı və səbirli olmağı tövsiyə edir.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir ki, 6 dekabrda iki saatlıq telefon danışığı zamanı ABŞ-dən Vitkoff və Kuşner Zelenskinin sülh razılaşmasına sadiq qalmasını tələb ediblər.
Adı çəkilməyən Ukrayna rəsmisi bildirib ki, ABŞ tərəfi Donbasdakı ərazinin Rusiyaya güzəştə getməsinə razı salmağa çalışıb.
19:21 09.12.2025
Oxunuş sayı: 1695