Gürcüstanın Baş naziri BBC-dən üzr tələb etdi
Gürcüstanın Baş naziri Böyük Britaniyadan BBC-nin etiraz aksiyalarında kimyəvi maddələrdən istifadə ilə bağlı süjetinə görə üzr tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Kobaxidze bu barədə bildirib:
"Mən hesab edirəm ki, Böyük Britaniya BBC-nin saxta xəbərləri üçün üzr istəməlidir. Bu, Britaniyanın etməli olduğu ilk addımdır, çünki BBC dövlət yayımlayıcısıdır".
Baş nazirin sözlərinə görə, süjetdə yanlış məlumat yer alıb və məqsəd süni şəkildə qalmaqal yaratmaq olub.
Nigar Yahyazadə
19:05 09.12.2025
Oxunuş sayı: 1679