Türkiyədə ƏƏM üçün casusluqda şübhəli üç nəfər həbs edilib
İstanbulda üç nəfər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyatı üçün casusluqda ittiham olunaraq saxlanılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Polis İdarəsinin Terrorla Mübarizə İdarəsi və Türkiyə MİT kəşfiyyatı tərəfindən həyata keçirilib.
Rəsmi mənbələr bildiriblər ki, araşdırmalar davam edir və şübhəlilərin fəaliyyət dairəsi müəyyənləşdirilir.
Türkiyə hüquq-mühafizə orqanları vurğulayıb ki, milli təhlükəsizliyin qorunması prioritetdir və oxşar əməliyyatlar davam etdiriləcək.
19:00 07.12.2025
Oxunuş sayı: 1603