Benin: Çevriliş cəhdi kiçik hərbçi qrupu tərəfindən olub
Beninin xarici işlər naziri bildirib ki, ölkədə baş verən çevriliş cəhdi yalnız kiçik bir qrup hərbçi tərəfindən həyata keçirilib və ordunun əksər hissəsi hazırkı prezidentə sadiq qalıb.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir ki, çevrilişçilər yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər və siqnal bir neçə dəqiqəlik kəsilib.
Nazir vurğulayıb ki, vəziyyət tam nəzarət altındadır və ölkədə sabitlik qorunur.
18:55 07.12.2025
Oxunuş sayı: 1413