Evdə və məktəbdə süni intellekt uşaqlığı dəyişir
Uşaqlar həm süni intellektin istifadəçiləri, həm də öyrənilən nümunələrdir. Süni intellekt onların davranışlarını, sual tiplərini və ünsiyyət formalarını müşahidə edir.
Crossmedia.az " The Economist"-ə istinadən xəbər verir ki, amerikalı yeniyetmələr həm evdə, həm də məktəbdə valideynlərindən daha çox süni intellektdən istifadə edirlər.
Tədqiqatlar göstərir ki, süni intellektlə işləyən şagirdlərin beyin fəaliyyəti azalır və yazdıqları mətni daha zəif xatırlayırlar.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt uşaqların ev həyatı və əyləncəsini də dəyişir. Yeniyetmələr arasında süni intellekt “dostları” geniş yayılıb, bəziləri şəxsi mövzuları real insanlardan çox süni intelleklə bölüşürlər.
Hökumətlər artıq uşaqlar üçün süni intellekt məhdudiyyətləri hazırlayır və bu sahədə tənzimləmələrə başlayıblar.
18:23 07.12.2025
Oxunuş sayı: 1807