Orban: Müharibədən sonrakı iqtisadiyyatda lider olacağıq
Macarıstanın Baş naziri Viktor Orban yaxın günlərdə ölkənin işgüzar heyətinin Moskvaya səfər edəcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Orban bildirib ki, gələcək haqqında düşünmək lazımdır, çünki müharibə və sanksiyalar artıq arxada qalıb.
Orban əlavə edib ki, “Başqaları sürünərkən, biz irəliləməyi planlaşdırırıq. ABŞ və Rusiya ilə müharibədən sonrakı iqtisadiyyatda yerimizi təmin etmək üçün işləyirik. Sanksiyalar aradan qaldırıldıqda və qlobal iqtisadiyyat yenidən açıldıqda, vaxtından əvvəl hazırlaşanlar lider kimi meydana çıxacaq”.
18:15 07.12.2025
Oxunuş sayı: 1524