Tramp daha çox iranlını deportasiya etməyə hazırlaşır
ABŞ administrasiyası administrasiyası bazar günü 55 nəfərdən ibarət yeni bir qrup iranlını ölkədən çıxarmağı planlaşdırır.
Crossmedia.az "CNN"-ə istinadən xəbər verir ki, bu addım Vaşinqton və Tehran arasında aparılan nadir razılaşmanın davamı kimi, sənədsiz qaçqınların geri qaytarılmasına dair artan təzyiqlər fonunda həyata keçirilir.
Məlumata görə, bu, iranlı qaçqınların ikinci deportasiyası olacaq; ilk uçuş sentyabr ayında baş tutub.
İranlıların daşıyan təyyarənin Küveytdə dayanacağı gözlənilir.
18:05 07.12.2025
Oxunuş sayı: 1513