Rusiyada yeddi hava limanında uçuş məhdudiyyətləri ləğv edildi
Rosaviasiya dekabrın 7-də Vladiqafqaz, Volqoqrad, Qroznı, Maqas, Nalçik, Orenburq və Orsk hava limanlarında tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətlərinin aradan qaldırıldığını bildirib.
Crossmedia.az bu barədə İzvestiya.ru-ya istinadən xəbər verir.
Məhdudiyyətlər təhlükəsizlik məqsədilə qoyulmuşdu. Hazırda bütün hava limanları normal rejimdə fəaliyyət göstərir.
13:00 07.12.2025
Oxunuş sayı: 1449