Kreml ABŞ-nin bu addımını müsbət adlandırıb
Prezident Donald Tramp administrasiyası tərəfindən Rusiyanın "birbaşa təhdid" kimi qeyd edilmədiyi ABŞ milli təhlükəsizlik strategiyasının dəyişdirilməsi müsbət addımdır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Biz bunu müsbət addım hesab edirik", - deyə Peskov bildirib.
Kreml sözçüsü qeyd edib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən Rusiya-ABŞ münasibətləri ilə bağlı göndərilən mesajlar əvvəlki administrasiyaların yanaşmalarından fərqlənir. "Ümumilikdə, bu mesajlar əvvəlki administrasiyaların yanaşmalarından şübhəsiz ki, fərqlidir", - deyə prezidentin mətbuat katibi bildirib.
Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Kreml yenilənmiş ABŞ milli təhlükəsizlik strategiyasını daha ətraflı nəzərdən keçirəcək və onun müddəalarını təhlil edəcək. "Əlbəttə ki, bu, daha ətraflı nəzərdən keçirilməli, təhlil edilməlidir", - deyə Peskov qeyd edib.
Kreml sözçüsü milli təhlükəsizlik sahəsində əsas ABŞ sənədinin yenilənməsi ilə bağlı şərh verib. Sənəddə Rusiyanın "birbaşa təhdid" kimi qeyd edilməsi yoxdur və strateji sabitlik sahəsində Moskva ilə əməkdaşlığa çağırış var.
Kübra Musayeva
09:25 07.12.2025
Oxunuş sayı: 1233