Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatında 7 çəkidə qaliblər müəyyənləşib
Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.
İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.
01:40 06.12.2025
Oxunuş sayı: 922