Bakıda Türk dünyasının inteqrasiyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu birgə təşkilatçılığı ilə “Müasir "İpək Yolu" üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrdən tanınmış alimlər, tədqiqatçılar və regional inteqrasiya üzrə ekspertlər iştirak edirlər.
Konfransın məqsədi Türk dünyasında sosial, mədəni və humanitar əlaqələrin gücləndirilməsi, “Müasir İpək Yolu”nun qloballaşma dövründə daşıdığı strateji rolun elmi əsaslarla təhlil edilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Ayhan
10:18 20.11.2025
Oxunuş sayı: 1045