“Ər və arvad” Türkmənistanda
Türkmənistanın paytaxtı Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası türkmən dilində nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki. yerli ictimaiyyət 1909-cu ildə qələmə alınan və Şərqin ilk operettası kimi tarixə düşən bu əsəri Aşqabad səhnəsində böyük maraq və alqışlarla qarşılayıb.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı Türkmənistanda böyük rəğbətlə qarşılanır. “Ər və arvad” əsəri ilə yanaşı, Üzeyir bəyin “Arşın mal alan” operettası da Aşqabadda müxtəlif teatr səhnələrində uğurla təqdim edilir və tamaşaçıların xüsusi marağını görür.
10:03 20.11.2025
Oxunuş sayı: 1153