Azərbaycan Zəfəri Estoniyada qeyd edilib
Estoniyada fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki,tədbirdə Estoniyada yaşayan Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycana dost münasibətdə olan xalqların təmsilçiləri iştirak edib.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şanlı səhifə kimi dəyərləndirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və qürurunun təcəssümü olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib. Ecazkar milli musiqilərimiz və rəqslərimiz maraqla və sürəkli alqışlarla qarşılanıb.


21:35 18.11.2025
Oxunuş sayı: 1075