ADPU-da Təhsil Tələbə Kredit Fondunun infosessiyası keçirilib
Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Tələbə Kredit Fondunun (TTKF) fəaliyyətinə dair infosessiya görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, infosessiyanın məqsədi tələbələri təhsil kreditlərinə müraciət prosesi, güzəştlər və ödəmə mexanizmləri barədə daha dolğun məlumatlandırmaq olub. Açılış nitqi ilə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edib. Prorektor tələbələrin sosial rifahının yüksəldilməsi, təhsilə əlçatanlığın təmin edilməsi və dövlət dəstəyinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər, TTKF-nin bu sahədə rolu barədə danışıb, bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Sessiya çərçivəsində Təhsil Tələbə Kredit Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova təqdimatla çıxış edib. Təqdimatda fondun fəaliyyət prinsipləri, kreditlərin növləri, müraciət meyarları, tələbələr üçün yaradılan rəqəmsal imkanlar və müraciət zamanı yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, tələbələrin fərdi müraciətləri dinlənilib.
18:42 18.11.2025
Oxunuş sayı: 914