Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq
Növbəti tədris ilindən etibarən Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində dəyib.
O bildirib ki, ilk günlə müqayisədə bu gün 50 dəfədən artıq şagird STEAM layihəsində iştirak edir:
"Çalışırıq ki, yeni tikilən məktəblərdə STEAM olsun. STEAM Azərbaycan layihəsi 300 mindən çox şagirdi, 400-dən çox məktəbi özündə birləşdirir". (Report)
11:52 17.11.2025
Oxunuş sayı: 1367