ÜST: BMT–Azərbaycan tərəfdaşlığı rəqəmsal və innovativ həllərə diqqəti artırır
Azərbaycan və BMT arasında dayanıqlı inkişaf sahəsində 2026-2030-cu illər üzrə əməkdaşlığa dair çərçivə sənədi innovasiyaların, layiqli əməyin və insanlara yönəlmiş rəqəmsal xidmətlərin əhəmiyyətini vurğulayır.
Crossmedia.az-ın məlumatına görə, bu açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) çıxışında verib.
"2015-ci ildə qəbul edilən on yeddi davamlı inkişaf hədəfi sadəcə sözlər və ya rəqəmlər deyil. Bu, yoxsulluğu aradan qaldırmağa, planeti qorumağa və insanlara sülh və firavanlıq içində həyat təmin etməyə kömək edən vasitədir. Biz gənclərin fəal iştirakı olmadan buna nail ola bilmərik. Gənclər isə öz növbəsində rəqəmsal giriş və rəqəmsal savadlılıq olmadan öz potensiallarını reallaşdıra bilməyəcəklər.
Bu yaxınlarda biz Azərbaycan hökuməti iləAzə yeni əməkdaşlıq sazişi imzaladıq. Bu çərçivə yeniliklərin, layiqli əməyin və insanlara yönəlmiş rəqəmsal xidmətlərin vacibliyini vurğulayır. Bu, ölkələr və cəmiyyətlər üçün çox vacibdir", - H.Harmancı deyib.
O qeyd edib ki, BMT hökumətləri, özəl sektoru, akademik ictimaiyyəti və gənclər təşkilatlarını birləşdirərək əlaqələndirici rol oynayır.
"Biz aqrar və az xidmət göstərilən bölgələrə xüsusi diqqət yetiririk. Universitetlər, texnologiya şirkətləri, dövlət qurumları, vətəndaş cəmiyyəti və gənclər qrupları ilə davamlı tərəfdaşlıqlar qururuq", - o əlavə edib.
14:07 16.11.2025
Oxunuş sayı: 1854