Azərbaycan və Mərkəzi Asiya akademiyalarının prezidentləri bir araya gəlib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə Özbəkistan Akademiyasının prezidenti, akademik Şavkat Ayupov arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşdə Mərkəzi Asiyanın digər ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistanın akademiyalarının rəhbərləri də iştirak edib.
Tacikistan Elmlər Akademiyasının, Qazaxıstan Milli Elmlər Akademiyasının, Qırğızıstan Milli Elmlər Akademiyasının, Türkmənistan Elmlər Akademiyasının rəhbər şəxsləri də görüşdə çıxış ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı Mərkəzi Asiya ölkələrinin akademiyaları ilə əlaqələrdən, ortaq elmi layihələrdən, gələcəkdə reallaşdırılması planlaşdırılan innovativ layihələrdən bəhs edib. Daha sonra İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyində iştirak edən həmkarlarına minnətdarlığını bildirib.
Həmçinin görüş əsnasında gələn il ölkəmizdə keçiriləcək Türkoloji qurultayla bağlı da müzakirələr aparılıb.
13:55 16.11.2025
Oxunuş sayı: 1565