Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Karyera 360” layihəsinə start verilib
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Rəqəmsal mövzulu qrant müsabiqəsinin qalibi Səbinə Məmmədovanın “Karyera 360” layihəsi həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, layihə,
rəqəmsal dövrün tələblərinə uyğun olaraq, gənclərin maraqlarına və inkişaf
ehtiyaclarına cavab verən 5 video-podcastdan ibarətdir. Bu videolarda müasir və
aktual istiqamətlər — İT sahəsi, xaricdə təhsil imkanları, şəxsi inkişaf,
marketinq və karyera planlaması mövzuları peşəkar mütəxəssislərin iştirakı ilə
müzakirə olunur. Hər bir bölüm gənclərin öz potensiallarını kəşf etmələrinə,
müxtəlif sahələr barədə real məlumat və təcrübələr əldə etmələrinə kömək edir.
Layihə çərçivəsində tanınmış karyera mütəxəssisləri
- Fərqanə Bayramlı, Ayxan İsmayılzadə, Orxan Şahbaz, Fərəh Babayeva və Fərid Məhərrəmli,
real iş mühiti və əmək bazarının tələbləri barədə təcrübələrini bölüşüblər.
Layihə
yalnız məlumatlandırmaqla kifayətlənmir, eyni zamanda gəncləri ilhamlandırır və
onları rəqəmsal dövrdə öz yollarını tapmağa təşviq edir. “Karyera360” gənclərə
həm lokal, həm də qlobal əmək bazarının tələblərini anlamaq, öz bacarıqlarını
bu tələblərə uyğun inkişaf etdirmək, innovativ düşünmək və fərdi inkişaf planı qurmaq
imkanı yaradır.
Nəticə
etibarilə layihə, rəqəmsal düşüncə tərzini gücləndirən, gənclərin öz gələcəklərinə
daha şüurlu yanaşmalarını təmin edən, maarifləndirici və motivasiyaedici bir
platforma kimi çıxış edir. “Karyera360” həm rəqəmsal məzmun istehsalının
keyfiyyətini artırır, həm də gənclər arasında bilik paylaşımının yeni və
dinamik bir formasını formalaşdırır.
15:30 10.11.2025
Oxunuş sayı: 1144