ADA Universitetində BVF-nin Regional İqtisadi Perspektivlər Təqdimatı keçirildi
4 noyabr 2025-ci il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçıları ADA Universitetində 2025-ci ilin oktyabr ayı üçün Regional İqtisadi Perspektivlər mövzusunda təqdimatla çıxış etdilər.
Crossmedia.az xəbər verir ki, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov açılış nitqi ilə çıxış edərək tələbələrin aparıcı beynəlxalq iqtisadi qurumlarla əlaqələrinin əhəmiyyətini vurğuladı.
Daha sonra BVF-nin baş iqtisadçısı xanım Borislava Mirçeva son qlobal tendensiyalar, iqtisadi mənzərə və Qafqaz və Mərkəzi Asiya (QMA) regionu üçün siyasət prioritetlərini əks etdirən Regional İqtisadi Perspektivlər üzrə təqdimatla çıxış etdi.
Ardınca BVF-nin iqtisadçısı cənab Bilal Tabti makroiqtisadi sabitləşmənin, dayanıqlı müəssisələrin və hədəflənmiş islahatların davamlı inkişafda olan rolunu vurğulayaraq, hesabat təhlilləri əsasında münaqişədən sonrakı dövrün gedişatı mövzusunu müzakirə etdi.
Sessiya interaktiv sual-cavab mərhələsi ilə başa çatdı və tədbir iştirakçıları BVF mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq regionun iqtisadi dinamikası barədə biliklərini daha da dərinləşdirmək imkanı əldə etdilər.
17:15 07.11.2025
Oxunuş sayı: 1080