Koreyada qonaq alimlər üçün tədqiqat imkanı təqdim olunur
Koreya Respublikasının Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) qonaq alimlər üçün yeni proqram elan edib.
Crossmedia.az xəbər verir ki, proqram beynəlxalq iqtisadi siyasət sahəsində — ticarət və kommersiya, beynəlxalq maliyyə əməkdaşlığı, beynəlxalq sərmayə və regionşünaslıq istiqamətlərində tədqiqatların təşviqini məqsəd qoyur.
Qalib iştirakçılar bir ay müddətində Seconq şəhərində elmi-tədqiqat aparmaq imkanı qazanacaqlar.
Müraciətlər üçün son tarix 30 noyabr 2025-ci il olaraq müəyyən edilib.
15:05 07.11.2025
Oxunuş sayı: 1167