Sumqayıtda 1800 abonentin qazı kəsiləcək
Şəhərin "Yaşıl dərə" adlanan ərazisində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
16:13 27.10.2025
Oxunuş sayı: 1165