F-16 istehsalçısı Zelenskiyə oyuncaq döyüş təyyarəsi hədiyyə edib
ABŞ-nin müdafiə sənayesi şirkəti “Lockheed Martin”in nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenskiyə oyuncaq təyyarə hədiyyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski görüşdən görüntüləri özünün “Telegram” kanalında paylaşaraq məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, “Lockheed Martin” Kiyevi F-16 qırıcıları və “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edir.
Zelenski bildirib ki, hazırda hər iki istiqamətdə təchizatla bağlı çətinliklər mövcuddur. Görüş zamanı tədarükün genişləndirilməsi və həcminin artırılması imkanları müzakirə olunub.
O əlavə edib ki, şirkət hazırda ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulan ələkeçirici raketlərin istehsalını artırır.
02:45 20.10.2026
Oxunuş sayı: 47