Lavrov: Rusiya İranla iqtisadi əməkdaşlıqdan imtina etməyəcək
Rusiya İranla iqtisadi və investisiya sahələrində əldə olunan razılaşmaları həyata keçirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, Rusiya mütəxəssisləri tədricən İranın Buşehr Atom Elektrik Stansiyasına qayıdırlar.
Lavrov, həmçinin karbohidrogenlərin hasilatı və nəqli sahələrində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb.
O qeyd edib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Moskva İranla iqtisadi və investisiya sahələrində əldə edilmiş razılaşmaların icrasından imtina etməyi planlaşdırmır.
20:29 19.10.2026
Oxunuş sayı: 55