İran Hörmüz boğazından keçən internet kabelləri ilə bağlı xəbərdarlıq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi Hörmüz boğazının altından keçən sualtı internet kabelləri ilə bağlı üstüörtülü xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, SEPAH sözçüsü Hüseyn Mohebbi boğazın altından keçən yeddi əsas kabelin dünya üzrə internet və kommersiya məlumatlarının ötürülməsində mühüm rol oynadığını bildirib.
“Dünyanın bütün interneti və kommersiya məlumatları bu kabellərdən asılıdır. Bunu düşmənin bilməsi üçün qeyd edirik”, – deyə sözçü vurğulayıb.
Açıqlama Hörmüz boğazında strateji infrastrukturun təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Sualtı kabellərin fəaliyyətinin pozulması beynəlxalq rabitə və məlumat mübadiləsinə ciddi təsir göstərə bilər.
23:23 19.10.2026
Oxunuş sayı: 50