Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsini təklif edib
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə paylaşımında yazıb.
O bildirib ki, ştatın adının dəyişdirilməsi onun nüfuzunu və dəyərini artıracaq, daşınmaz əmlak qiymətlərinin və gəlirlərin yüksəlməsinə səbəb olacaq.
Trampın fikrincə, yeni ad sakinlərin ABŞ bayrağına və ölkəyə bağlılıq hissini də gücləndirə bilər.
ABŞ Prezidenti paylaşımında Nyu-Meksikoda seçkilərin dürüstlüyünü də şübhə altına alaraq, ad dəyişikliyinin seçkilərin daha şəffaf keçirilməsinə kömək edə biləcəyini iddia edib.
23:18 19.10.2026
Oxunuş sayı: 46