“Sabah” “Borussiya” ilə oyun öncəsi məşqə çıxıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gələcək "Sabah"la oyundan əvvəl məşqə çıxıb.
Crossmedia.az xəbər verir ki, Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
20:40 19.10.2026
Oxunuş sayı: 64