Parisdə gecə komendant saatı tətbiq ediləcək
Parisin Respublika meydanında və “Les Halles” ətrafındakı küçələrdə saat 22:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə BFMTV yerli seçkili rəsmilərə istinadən məlumat yayıb.
Məhdudiyyət gecə saatlarında həmin ərazilərdə hamıya şamil ediləcək.
21:47 19.10.2026
Oxunuş sayı: 52