Bu ilin 9 ayı ərzində 3 min 536 odlu silah könüllü olaraq təhvil verilib

2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb.
11:33 20.10.2025
Oxunuş sayı: 597