Göygöldə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(Apa)
20:59 05.10.2025
Oxunuş sayı: 2657