6 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Crossmedia.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın metamfetamin, həmçinin 58 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
10:06 27.09.2025
Oxunuş sayı: 3324