İsa Həbibbəyli: Seysmoloji Xidmət Mərkəzinin proqnozları həmişə düz çıxıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ ilə bağlı bu günə qədər verdiyi proqnozlar düz çıxıb.
Crossmedia.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda keçirilən konfransda çıxışında deyib.
O, həmçinin bildirib ki, Azərbaycanda zəlzələ xofunun, süni ajiotajın aradan qaldırılması baxımından Qurban Yetirmişlinin də əməyi var: "Mən onun proqnozlarına inanıram".
Akademik vurğulayıb ki, dünyada heç bir seysmoloji xidmət mərkəzi baş verəcək zəlzələ barədə bir dəqiqə əvvəldən xəbər verə bilmir.
12:01 20.10.2026
Oxunuş sayı: 44