Japarov: Bişkek və Bakı əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməlidir
Qırğızıstan və Azərbaycan əldə olunmuş razılaşmaları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqaviləni ardıcıl olaraq həyata keçirməlidir.
Crossmedia.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Sadır Japarov Bişkekdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
12:36 20.10.2026
Oxunuş sayı: 47