Cəmi iki ay əvvəl vəzifəyə təyin edilmiş rəis vəfat edib
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat verib.
O, Şamaxıda qaldığı evdə vəfat edib.
Vüsal İbrahimovun hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilmişdi.(AZXEBER.COM)
12:01 20.10.2026
Oxunuş sayı: 174