UEFA-dan azərbaycanlı futbol rəsmisinə mühüm təyinat
Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb.
Crossmedia.az xəbər verir ki, o, Macarıstanda yerli "Ferentsvaroş" və Portuqaliyanın "Torrense" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyununda Avropa futbol qurumunun nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.
12:46 20.10.2026
Oxunuş sayı: 178