Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib YENİLƏNİB
Baş Prokuror Kamran Əliyev Nizami və Binəqədi rayonunun prokurorları dəyişib.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraqNizami rayon prokuroru vəzifəsinə təyin edilib.
12:38
Baş Prokuror Kamran Əliyev Şirvanın prokuror təyin edib.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
12:38 20.10.2026
Oxunuş sayı: 188