Xaçmazda avtomobilin çaya aşması nəticəsində xəsarət alanların adları bəlli olub
Xaçmazda "Mitsubishi Pajero"
markalı minik avtomobili rayon ərazisindən keçən "Ağçay" çayına
aşması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.
Crossmedia.az
xəbər verir ki, qəza nəticəsində 6 nəfər - avtomobilin
sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və
sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü
V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov
və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.
Məlumata görə, qəzaya düşən şəxslər toy mərasimindən qayıdırlarmış.
23:32 26.09.2025
Oxunuş sayı: 4807