Ersin Tatar Avstraliyaya səfər edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Prezidenti cənab Ersin Tatarın Avstraliyaya rəsmi səfəri çərçivəsində bir sıra mühüm diplomatik görüşlər və simvolik təqdimatlar baş tutub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı “Tarixi ziyarət” adlı kitab Prezident Ersin Tatar tərəfindən imzalanaraq, ŞKTR-in beynəlxalq əlaqələr və diplomatik məsələlər üzrə xüsusi müşaviri Prof. Dr. Hüseyn İşıksalın imzası ilə Avstraliya Azərbaycan Assosiasiyasına (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinə (GADTB) təqdim edilib.
Qeyd edək ki, kitabın təqdimatı ŞKTR dövlət nümayəndəsi xanım Nevin Hüseyn tərəfindən xüsusi olaraq həyata keçirilib. Tədbirdə assosiasiyanın üzvləri və GADTB nümayəndələri — Sara Azarsun, Mikayıl Oyta və digər dəyərli iştirakçılar fəal şəkildə iştirak ediblər.
Nəzrin Salmanova
14:08 26.09.2025
Oxunuş sayı: 4690