Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilir

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilir. Əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Tədbir Türkiyə, Qazaxıstandan olan təmsilçilərin çıxışları ilə davam edib. (Azərtac)
04:15 24.09.2025
Oxunuş sayı: 3248