“Hraparak”: Niyə Andranik Simonyan Bakıya getmişdi?
“Bizə Andranik Simonyanın Bakıya etdiyi səfər barədə detallı məlumatlar məlum olub”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Etibarlı mənbə bildirir ki, səfər zamanı MTX-nin direktoru Azərbaycan tərəfinə 10 nəfərin adından ibarət “əsirlər”in (diversantlar-red.) siyahısını təqdim edib. Erməni tərəfi həmin şəxsləri ikitərəfli münasibətlərin tənzimlənməsi çərçivəsində ölkəyə qaytarmaq istəyir.
Həmin adlar bunlardır: Erik Qazaryan, Levon Balayan, Davit Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lyudviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurqen Stepanyan, Madat Babayan. “Qarabağın hərbi-siyasi rəhbərliyi”ndən (hərbi cinayətlərdə ittiham edilən erməniəsilli şəxslər-red.) Bakıda mühakimə olunan 8 nəfərin azad edilməsi və geri qaytarılması barədə isə Simonyan bu səfər zamanı bir kəlmə də deməyib.
Amma bu 10 nəfərin azad edilməsi müqabilində Azərbaycan tərəfi şərtlər irəli sürüb. Mənbəmiz deyir ki, Andranik Simonyan Azərbaycanın tələbini yerinə yetməyə razılaşıb”, - deyə nəşr bildirib.
10:56 23.09.2025
Oxunuş sayı: 4549