Azərbaycanın beyin mərkəzinin direktor müavini Ermənistanda beynəlxalq tədbirdə iştirak edir
Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistana səfər edib.
Mərkəzdən Crossmedia.az-a verilən məlumata görə, o, paytaxt İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarına qatılıb.
M.Muradovun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.
12:40 22.09.2025
Oxunuş sayı: 5047