Tanzaniya və Azərbaycan Baş prokurorluqları arasında memorandum imzalanacaq
Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğu ilə Azərbaycan Respublikası Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanacaq.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktoru Silvester Antoni Mvakitalu deyib.
O bildirib ki, bu memorandum iki ölkə arasında uzunmüddətli, davamlı əməkdaşlıq üçün mühüm vasitə olacaq.
11:37 22.09.2025
Oxunuş sayı: 4425