Yasamal rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və “Neftçilər Günü” peşə bayramı münasibəti ilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “H.B.Zərdabi pr.88a” (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda baş tutuan tədbirdə YAP Yasamal rayon təşkialtının
sədri Bəxtiyar Nəbiyev, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, Yasamal Rayon İcra
Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Neftqazelmitədqiqatlayihə”
İnstitutunun direktor əvəzi Mübariz Quliyev, YAP Yasamal rayon təşkilatının
əməkdaşları, Partiyanın üzvləri və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun
əməkdaşları iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında yerləşən ümummilli
lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin
ehtiramla yad edilib. Sonra SOCAR-ın
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda Heydər Əliyev muzeyinə baxış
keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı
uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev
bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi
kimi qiymətləndirilir. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin
siyasi iradəsi ilə imzalanmış bu müqavilə ölkəmizin iqtisadi müstəqilliyini
təmin etdi. Azərbaycanın zəngin enerji resursları dünya bazarına çıxarılaraq
ölkəmizi beynəlxalq əməkdaşlıq mərkəzinə çevirdi. Neftçilərin fədakar əməyinin
nəticəsində Azərbaycan dünya enerji xəritəsinə daxil oldu. “Neftçilər günü”
məhz bu əməyin rəmzi kimi tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu
strateji xətti uğurla davam etdirərək Azərbaycanı qlobal enerji layihələrinin liderinə çevirdi. Onun rəhbərliyi ilə
Bakı-Tbilisi-Ceyhan və digər layihələr ölkəmizi
Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşa çevirdi. Müasir dövrdə
Azərbaycan neft strategiyası yalnız hasilatla yox, həm də enerji
diversifikasiyası və bərpa olunan mənbələrə keçidlə xarakterizə olunur. Bu,
ölkəmizi sabahın çağırışlarına cavab verən güclü dövlət edir. Enerji
diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Xalqımız
hər il “Neftçilər günü”nü həm zəhmət adamlarının, həm də müdrik siyasətin
təntənəsi kimi qeyd edir. “Əsrin müqaviləsi” və müasir neft strategiyası
dövlətimizin uzunmüddətli inkişafının təminatıdır.
Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri
Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən
azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı,
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi
xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bəxtiyar Nəbiyev çıxışında 20 sentyabr 1994-cü il tarixinin əhəmiyyətini
vurğulayaraq, Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə
"Əsrin müqaviləsi"nin imzalanmasını ölkəmizin uğurlu inkişaf
tarixinin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Bu tarixi hadisənin
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından məhz 1 il sonra baş
verdiyinə diqqət yetirərək, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən
Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının
suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya
iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan
Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri
arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması
üçün böyük yol açıldığını vurğulayıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin
rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən
nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan
cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin
fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi
inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Bildirilib ki, Ali Baş
Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti,
müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində
qazanılmış tarixi zəfərin təməli məhz “Əsrin müqaviləsi” imzalandığı gün
qoyulmuş və bu zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın
dünyada artan nüfuzunun böyük göstəricisidir.
Çıxış edən Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı qeyd edib ki, “Əsrin
müqaviləsi” Azərbaycanın gələcəyinə işıq salan tarixi sənəddir. Ulu öndər
Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti ilə imzalanmış bu müqavilə ölkəmizin
qlobal enerji sisteminə inteqrasiyasını təmin etdi. Azərbaycanın neftçiləri bu
müqəddəs missiyanı fədakarlıqla həyata keçirdilər. Onların əməyinin nəticəsi
kimi ölkəmiz iqtisadi sabitlik və inkişaf yoluna çıxdı. “Neftçilər günü” bu
zəhmətin simvolu kimi hər il qeyd olunur. Prezident İlham Əliyev ümummilli
lider Heydər Əliyevin başladığı siyasi, iqtisadi xətti uğurla davam etdirərək
yeni enerji strategiyası formalaşdırdı. Müasir dövrdə Azərbaycan neft
strategiyası yalnız hasilata deyil, həm də qaz nəqliyyatına, enerji
diversifikasiyasına və ekoloji dayanıqlığa əsaslanır. Bu strategiya ölkəmizi
həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaşa çevirir. Azərbaycan bu
gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xalqımız neftçilərin
zəhmətini və dövlətimizin uğurlarını qürurla qeyd edir. “Əsrin müqaviləsi” və
müasir neft siyasəti Azərbaycanın yüksəliş dastanıdır.
Çıxış edən
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğulayib
ki, Azərbaycanın iqtisadi inkişafında neftçilərin zəhməti danılmazdır. Ulu
öndər Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” ölkəmizə böyük sərmayələr
gətirərək iqtisadi dirçəlişin təməlini qoydu. Bu müqavilə Azərbaycanın
beynəlxalq enerji əməkdaşlığında strateji mövqeyini təmin etdi. Neftçilərin
fədakar əməyinə verilən ən yüksək qiymət “Neftçilər günü” oldu. Prezident İlham
Əliyev enerji siyasətini müasir dövrün çağırışlarına uyğun inkişaf etdirdi.
Onun rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdı. Azərbaycan bu gün
Avropa bazarına etibarlı enerji təchizatçısı kimi çıxış edir. Müasir neft
strategiyası isə yalnız ixrac yönümlü deyil, həm də ölkədaxili sosial-iqtisadi
rifahı gücləndirməyə xidmət edir. Enerji gəlirləri infrastruktur, müdafiə və
sosial sahələrin inkişafına yönəldilir. Bu, dövlətimizin dayanıqlı gələcəyinin
təminatıdır. Neftçilərin zəhməti ilə dövlət rəhbərliyinin düzgün siyasəti
birləşərək qüdrətli Azərbaycanı formalaşdırır. “Əsrin müqaviləsi” və müasir
neft strategiyası milli iradənin təntənəsidir.
Qeyd edək ki, tədbirin sonunda fəxri fərmanlar təqdim edilib.
19:17 19.09.2025
Oxunuş sayı: 7294