Xoyskinin yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamı böyük əhəmiyyət daşıyır - Vitse-spiker
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olan Azərbaycan Respublikasında hər zaman klasiklərimizə və dövlət xadimlərimizə diqqət göstərilir. Qurucu dövlət xadimlərimizin xatirələrinin yad edilməsi, silsilə tədbirlərin keçirilməsi hər zaman gündəmdə olan məsələlərdəndir. Bu il AXC-nin Baş naziri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yebileyidir. F.Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Milli Məclisin sədr müavini Musa Qasımlı Prezidentin sərəncamı ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Cənab Prezidentimiz İlham Əliyevin görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət daşıyır. Bu, hər şeydən əvvəl dövlət başçımızın milli tariximizə, görkəmli dövlət və siyasi xadimlərin irsinə verdiyi yüksək qiymətdir. Bununla cənab Prezidentimiz Cümhuriyyət irsinə olan hörmət və ehtiramını göstərdi. Sərəncamın yerinə yetirilməsi bu sahədə yeni tədqiqatlara yol açacaq. Eyni zamanda gənclərimizin milli tarixi bilməsindən ötrü bir vəsilə olacaq. Cənab Prezidentimizin sərəncamı tariximizdə çox mühüm amil olan varisliyin nümayişidir”.
Ayhan
18:59 19.09.2025
Oxunuş sayı: 6127