Ziyafət Əsgərov: Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs anlayışdır
Təəssüf ki, 1991-1993-cü illərdə konstitusiyanı qəbul etmək mümkün deyildi, çünki ölkədə xaos vardı.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı keçirilən konfransda deyib.
O xatırladıb ki, Ulu Öndərin sədrliyi ilə konstitusiya komissiyası yaradıldı:
"1995-ci ildə ilk milli konstitusiyamız yaradıldı. Bundan sonra 2002, 2008 və 2016-cı illərdə referendumlar keçirildi. Sənəddə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə islahatları üstünlük təşkil edirdi. Sözsüz, bu referendumların keçirilməsi vacib idi".
Sədr müavini bildirib ki, 2023-cü ildəki antiterror tədbirlərindən sonra Azərbaycan suverenlik məsələsini həll etdi və Prezident İlham Əliyevin də dediyi kimi seperatizmin tabutuna son mismar vuruldu:
"Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs anlayışdır. Dövlətin daxili və xarici siyasətində suverenlik anlayışı son dərəcə vacib anlayışdır".
10:18 19.09.2025
Oxunuş sayı: 3822