Avstraliya ilə Papua Yeni Qvineya arasında hərbi müqavilə imzalanmayıb

Bu həftə planlaşdırılan Avstraliya ilə Papua Yeni Qvineya (PNG) arasında hərtərəfli hərbi müqavilənin imzalanması baş tutmayıb. Tərəflər yalnız birgə bəyanatla kifayətlənməli olublar, çünki PYQ-nin nazirlər kabineti sənədi təsdiqləməyib.
Crossmedia.az xəbər verir ki, müqavilə layihəsi qarşılıqlı hərbi alyansın yaradılmasını nəzərdə tuturdu. Bu çərçivədə Avstraliya və PYQ bir tərəfə qarşı hərbi təcavüz halında bir-birinə dəstək verməli olacaqdılar.
PYQ Xarici İşlər naziri Justin Tkachenko bildirib ki, sənəd hələ də nəzərdən keçirilir və kabinet səviyyəsində təsdiqi “prosesdədir”. Gözlənilir ki, PYQ-nin milli kabineti gələn həftə yekun qərar qəbul etmək üçün toplanacaq.
15:08 17.09.2025
Oxunuş sayı: 1098