Qrossi: Azərbaycan və AEBA energetika və nüvə infrastrukturu sahəsində əməkdaşlıq edir
Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) enerji planlaşdırılması, nüvə infrastrukturu, ərzaq təhlükəsizliyi və xərçəngin müalicəsi sahəsində əməkdaşlıq edir.
Crossmedia.az xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi Azərbaycanın AEBA yanındakı yeni səfiri Kamil Xasiyevlə görüşü ilə bağlı sosial şəbəkəsində yazıb.
"Azərbaycan və AEBA energetika, nüvə infrastrukturu, ərzaq təhlükəsizliyi və xərçəngin müalicəsi sahəsində planlaşdırma üzərində, o cümlədən Milli Onkologiya Mərkəzi ilə birgə RaysOfHope (Aİ-nin təşəbbüsü ilə irəli sürülən "Ümid şüası" layihəsi): layihəsi çərçivəsində birlikdə işləyirlər", - o yazıb.
AEBA-nın baş direktoru təşkilatın regionda nüvə təhlükəsizliyi üzrə işinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
16:33 17.09.2026
Oxunuş sayı: 43