İranda Zelenskiyə məktub yazan şəxsi edam ediblər

Babək Şahbazi adlı şəxs İranın məlumat mərkəzləri və təhlükəsizlik obyektləri haqqında məxfi məlumatları toplayıb İsrailə satıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "AP News" nəşri məlumat yayıb.
Bununla belə, fəallar onun həbsinin əsl səbəbinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı döyüşmək arzusunu ifadə etdiyi məktub olduğunu iddia edirlər. Onların sözlərinə görə, etiraf işgəncə altında alınıb.
14:48 17.09.2025
Oxunuş sayı: 790