Özbəkistan Vladivostokda miqrantlara hücuma görə Rusiyaya nota göndərdizbə

Vladivostokdakı Özbəkistanın Baş Konsulluğu, bir qrup dəcəl tərəfindən özbəkistanlı vətəndaşların döyülməsi ilə əlaqədar olaraq, Rusiyanın Xarici İşlər Nazirliyinin yerli nümayəndəliyinə və Primorye vilayət prokurorluğuna nota göndərib.
“Vətəndaşlarımız adından Vladivostok Daxili İşlər İdarəsinə rəsmi müraciət təqdim olunub, həmçinin bütün müvafiq tədbirlərin görülməsi üçün notalar göndərilib”, – deyə baş konsul Yusub Qabulcanov bildirib.
Crossmedia.az xəbər verir ki, Primorye vilayəti rəsmilərinin sözlərinə görə, şübhəlilərdən bir qismi saxlanılıb. “Primorye Miqrasiya Siyasəti Agentliyi hüquq-mühafizə və nəzarət orqanları ilə əlaqədədir, zərər çəkmiş miqrantlar bölgədə qanuni şəkildə olublar”, – deyə hökumətin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Primorye vilayət prokurorluğu isə insidentlə bağlı istintaqın nəzarətdə saxlanıldığını qeyd edib.
Zayirova Səbiyyə
20:49 16.09.2025
Oxunuş sayı: 568