Geosiyasətin "kor düyünü": Putinlə Zelenski görüşsə belə, sülh olmayacaq

Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş mümkündür:
“Həm Zelenski, həm də Putin görüşə hazır olduqlarını bildiriblər və Tramp ümid edir ki, onlar birbaşa diplomatiya ilə məşğul olacaqlar."
O bildirib ki, ABŞ-m ninilli təhlükəsizlik komandası Ukrayna və Rusiya arasında ikitərəfli görüşü təşkil etmək üçün çalışır.
Dövlət başçıları arasında mümkün görüş barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, bu tip görüşlər tarixi kontekstdə yeni deyil: “Münaqişənin tarixi kökünə baxsaq, görərik ki, 2014-cü ildə Rusiya Donetsk və Luqansk ərazilərini və Krımı işğal etdikdən sonrakı mərhələdə bu cür görüşlər olub. Hətta Putinlə Zelenski görüşündə də olub, sonra Poroşenko ilə Putinin görüşündə də baş tutub. Lakin nəticə verməyib".
Politoloqun sözlərinə görə, bu səbəbdən yaxın perspektivdə real nəticənin əldə olunması inandırıcı görünmür: “Rusiya təklif etdiyi variantlarla Ukraynanı kapitulyasiyaya məcbur edir. Kiyevin bunu qəbul edib-etməyəcəyi isə özlüyündə bir sual doğurur. Həm Ukrayna daxilindəki siyasi mühit, həm də xarici təzyiqlər bu prosesə təsirsiz ötüşməyəcək. İkinci tərəfdən, Ukraynanın daxilində bu, hansı reaksiya verəcək? Ukraynaya xaricdən təzyiqlər necə olacaq, hansı formada olacaq? Bunların hamısı ciddi bir sual işarəsidir. Rusiya prinsipial olaraq mövqeyindən əl çəkmir. Müharibənin dayandırılması yalnız tərəflərdən birinin güzəştə getməsi ilə mümkündür. Məncə, belə bir vəziyyətdə Rusiya–Ukrayna müharibəsinin tam dayanması, hətta Putinlə Zelenski görüşsə belə, asan məsələ deyil. Dayandırılacaqsa, bu yalnız tərəflərdən birinin güzəştə getməsindən sonra mümkün olacaq. Hər iki tərəfin ciddi güzəştə getməsi isə inandırıcı görünmür".
Mehriban Yariyeva
16:17 20.08.2025
Oxunuş sayı: 1070